Xəbərlər

Bloomberg: ABŞ dövlət katibi gələn həftə Panamaya səfər edəcək

“ABŞ dövlət katibi Marko Rubio ABŞ lideri Donald Trampın Vaşinqtonun Panama kanalına nəzarəti ələ keçirməsi zərurəti ilə bağlı bəyanatlarından sonra Panama səfər etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Dövlət Departamentinin yeni rəhbərinin ilk xarici səfərinin məqsədi Trampın və onun administrasiyasının Panama kanalı ilə bağlı bəyanatlarının ciddiliyini vurğulamaq ola bilər.