“Vaşinqton Kiyevlə ilə imzalanan faydalı qazıntılar sazişindən digər ölkələrlə gələcək müqavilələr üçün nümunə kimi istifadə etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Amerika administrasiyası ABŞ-ın adətən qrant və ya kredit verdiyi tərəflərə münasibətdə bu yanaşmaya əməl etmək niyyətindədir. Kiyevlə sövdələşmə ABŞ prezidenti Donald Trampın ABŞ büdcəsini borc öhdəlikləri ilə deyil, aktivlərlə doldurmaq üçün xarici siyasət alətlərindən istifadə etmək niyyətindən xəbər verir”, — məlumatda bildirilib.