“ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə müraciətinə əsasən Pentaqon istehsalçı “Lockheed Martin”dən Hərbi Hava Qüvvələri üçün alınan F-35 qırıcılarının sayını iki dəfə azaltmaq qərarına gəlib. Beləcə, bu say ötən ilki 48 ədəddən 24-ə qədər enib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentlik bu qərarı müdafiə naziri Pit Heqsetin növbəti beş il ərzində ABŞ-ın proqnozlaşdırılan hərbi xərclərini 8% azaltmaq planına uyğun olaraq departamentin 2026-cı maliyyə ili üçün büdcəyə yenidən baxması ilə əlaqələndirir.
Əvvəllər bildirilmişdi ki, Pentaqonun rəhbəri, xüsusən, aktiv orduda və Milli Qvardiyada doqquz yüksək hərbi rütbə də daxil olmaqla, 120-dən çox yüksək rütbəli zabit vəzifəsini ixtisar etmək niyyətindədir.
Xatırladaq ki, fevralın 19-da Heqset növbəti beş il üçün müdafiə departamentinin büdcəsini hər il azaltmaq planını təqdim edib.