Xəbərlər

Bloomberg: Tramp və Zelenskini barışdırmaq üçün üzr istəmək kifayət deyil

“Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti Donald Trampdan üzr istəməsi iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün yetərli olmaya bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə adı açıqlanmayan avropalı diplomatlar “Bloomberg”ə bildiriblər.

“Tramp öz hərəkətləri ilə, o cümlədən Kiyevə yeni hərbi tədarükün dayandırılması ilə Zelenskiyə maksimum təzyiq göstərməyə çalışır ki, o, açıq şəkildə üzr istəsin və ABŞ-la minerallarla bağlı müqavilə imzalasın. Böyük Britaniya və Fransanın nümayəndələri xüsusi olaraq Zelenskini Amerika prezidenti ilə münasibətlərini yaxşılaşdırmaq üçün hər cür səy göstərməli olduğuna inandırmağa çalışırlar”, – diplomatlar qeyd ediblər.