BMT-nin baş katibi Antonio Quterreş humanitar məsələlər üzrə müavini və fövqəladə yardım koordinatoru Tom Fletçeri Suriyaya humanitar yardımın genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq üçün yeni səlahiyyətlilərlə Dəməşqə göndərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT baş katibinin ofisindən məlumat yayılıb.
Fletçer bazar ertəsi Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri, Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şara və Suriya keçid kabinetinin rəhbəri Məhəmməd əl-Bəşirlə görüşüb.
Verilən məlumata görə, onlar Suriyada baş verən son hadisələr fonunda humanitar yardımın göstərilməsi üçün səylərin daha da artırılmasını müzakirə ediblər.