“Qəzza zolağındakı yardım agentlikləri İsrailin Fələstin anklavını bağlamasından sonra qida çatışmazlığı səbəbindən qida rasionunu azaltmağa məcburdur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
“Humanitar ləvazimatların daxil olduğu keçidlərin bağlanması BMT və onun tərəfdaşlarının ehtiyacı olan insanlara yardım göstərmək qabiliyyətinə ciddi təsir edir. Onlar mümkün qədər çox insana kömək etmək üçün qida rasionunu azaltmalı olurlar. Humanitar yardımın Qəzzaya çatdırılması bərpa olunmasa, ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət kəskin şəkildə pisləşəcək”, – nümayəndə vurğulayıb.