Xəbərlər

BMT iranlı qaçqın axını ilə bağlı planlar hazırlayır

“BMT İran İslam Respublikası ilə İsrail arasında münaqişə səbəbindən İrandan mümkün qaçqın axını halında tədbirlər hazırlayır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi məlumat verib.

“Biz böhran planları hazırlayırıq. Onları hələ dərc etməmişik, çünki kifayət qədər məlumatımız yoxdur və hadisələrin necə inkişaf edəcəyini gözləyirik. Amma hər halda planlar üzərində işləyirik. Artıq İrandan Ermənistan, Azərbaycan və Türkmənistana qaçqınların gəlməsi ilə bağlı təsdiqlənməmiş məlumatlar var. Lakin hələ ki, heç bir ölkə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsindən kömək istəməyib”, – o qeyd edib.