“İsrailin Qəzzaya hər cür yardımı əngəlləmək qərarı qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü bildirib.
“İsrail hökuməti Fələstin xalqının əsas ehtiyaclarını əldə etməsinə mane olur. Qəzza xalqı atəşkəsdən sonra yenidən çətin bir dövrlə üz-üzədir. Sizcə İsrailin bu addımı kollektiv cəza və beynəlxalq hüququn pozulması deyilmi? Münaqişənin bütün tərəfləri humanitar yardımın sürətli və maneəsiz keçməsinə icazə verməli və asanlaşdırmalıdır. İsrailin Qəzzaya bütün yardımları tamamilə dayandırmaq qərarı beynəlxalq səviyyədə qəbuledilməzdir”, – sözçü vurğulayıb.