İsrailin Qəzza zolağında hərbi əməliyyatları bərpa etməsindən sonra 320-dən çox fələstinli uşaq ölüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatlarına istinadən məlumat yayıb.
UNİCEF-in məlumatına görə, martın 18-də İsrailin Qəzzaya hücumlarını bərpa etdikdən sonra ən azı 322 uşaq həlak olub.