Xəbərlər

BMT missiyası və Liviya Prezident Şurası atəşkəs komitəsi yaradıb

BMT-nin Liviyadakı Dəstək Missiyası (UNSMIL) və ölkənin qərbində Liviya Silahlı Qüvvələrinin baş komandanı kimi fəaliyyət göstərən Prezident Şurası paytaxtda atəşkəs rejimini qorumaq üçün atəşkəs komitəsi yaradıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə UNSMIL-in rəsmi saytında yerləşdirilən bəyanatında qeyd olunub.

“Liviya Ordusunun Baş Qərargah rəisi, general-mayor Məhəmməd əl-Həddadın rəhbərlik etdiyi komitənin yaradılması bütün tərəflərin vəziyyəti daha da gərginləşdirməsinin qarşısını almaq və beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə əməl olunmasını təmin etmək öhdəliyini əks etdirir”, – bəyənatda qeyd olunub.