Xəbərlər

BMT Qəzza zolağının əhalisinə yardımı artıracaq

“BMT Qəzza zolağının əhalisinə yardımı artıracaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

“BMT və onun humanitar tərəfdaşları bütün sektorda ehtiyacı olanlara yardımı genişləndirir. İndi onlar əvvəllər girişi mümkün olmayan ərazilərə, o cümlədən Əl-Rəşid yolu boyunca və Qəzza şəhərinin cənubuna yardım çatdıra bilirlər. Bazar ertəsi ərzaq və zəruri ləvazimatları daşıyan 840 yük maşını Qəzzaya daxil olub. BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilk üç gündə 1 milyon insan üçün kifayət qədər miqdarda ərzaq çatdırılmasını təmin edib”, – məlumatda bildirilib.