“Suriyanın bəzi bölgələrində vəziyyət sabitləşib, ölkənin şimal-şərqində və şimalda yerləşən Mənbic şəhərində isə vəziyyət təhlükəli olaraq qalır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
“40 mindən çox suriyalı ölkənin şimal-şərqindəki 240 mərkəzə yerləşdirilib. Onlara yemək, şəxsi gigiyena vasitələri və psixoloji dəstək verilib. Gərginliyin başladığı gündən Hələb, İdlib, Homs və Həmada 700 minə yaxın suriyalı ərzaq yardımı alıb. Dekabrın 12-nə olan məlumata görə, Suriyada eskalasiya noyabrın 27-də başlayandan bəri əksəriyyəti qadın və uşaqlardan ibarət 1,1 milyon suriyalı ölkə daxilində didərgin düşüb”, – məlumatda bildirilib.