Xəbərlər

BMT: Suriyanın böyük şəhərləri ərzaq çatışmazlığı ilə üzləşib

Suriyanın bir neçə böyük şəhəri ərzaq qıtlığı ilə üzləşib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.

“Ərzaq çatışmazlığı Deyr əz-Zor, Dəməşq və Həma da daxil olmaqla böyük şəhərlərdə qeydə alınıb. Təkcə İdlib və Hələbdə çörəyin qiyməti noyabrın 27-dən dekabrın 9-dək kəskin şəkildə artıb”, – deyə məlumatda bildirilib.