Xəbərlər

BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası keçiriləcək

BMT Təhlükəsizlik Şurası martın 26-da Ukrayna məsələlərinə dair iclas keçirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edən Danimarkanın BMT yanında daimi nümayəndəliyindən məlumat verilib.

“BMT Təhlükəsizlik Şurasının iclası martın 26-na təyin edilib. Bu, digərlərinin dəstəyi ilə Təhlükəsizlik Şurasının bir sıra üzvləri tərəfindən tələb olunub”, – Danimarka diplomatik missiyası bildirib.