Xəbərlər

Boçorişvili: Gürcüstan Ermənistan və Azərbaycan arasında vasitəçi olmaq istəyir

“Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh prosesində vasitəçi olmaq istəyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Qeyd etmək istərdim ki, Tbilisi Ermənistan və Azərbaycan arasında danışıqların təşviqində moderator rolunu öz üzərinə götürməyə hazırdır. Biz, şübhəsiz ki, qonşu ölkələrimiz arasında gedən sülh prosesini asanlaşdırmağa hazırıq. Sülh müqaviləsində hər iki tərəfin maraqlarına əsaslanan maddələr olacaq. Yalnız bu halda regionda sabitlik təmin edilə bilər”, – Boçorişvili qeyd edib.