Xəbərlər

Boliviyada avtobus qəzası nəticəsində 31 nəfər ölüb

Boliviyanın qərbində bazar ertəsi səhər saatlarında magistral yolda baş verən toqquşma nəticəsində ölənlərin sayı 31-ə çatıb, təxminən 20 nəfər ağır yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

İlkin məlumatlara görə, “Çallapata” adlı şirkətə məxsus sərnişin avtobusu 50-dən çox sərnişini daşıyarkən əks istiqamətdə hərəkət edən mikroavtobusla toqquşub, bundan sonra avtobus Potosi şəhərindən təxminən 90 kilometr aralıda dərəyə aşıb.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər göndərilib, lakin əraziyə daxil olmaq çətinləşdiyindən xilasetmə işləri bir neçə saat davam edib.