Xəbərlər

Boliviyanın cənubunda avtobus aşıb, 19 nəfər həlak olub

Boliviyanın cənubunda sərnişin avtobusunun aşması nəticəsində azı 19 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “El Deber” nəşri məlumat yayıb.

Ölənlər arasında 14 qadın və iki azyaşlı var. Polisin məlumatına görə, yaralılar xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar göstərir ki, qəzaya səbəb sürücünün sürət həddini aşması və təcrübəsizlik ola bilər.