Xəbərlər

Borrell: Aİ xarici siyasətdə “güc dilini” işə salmalıdır

Avropa İttifaqı (Aİ) xarici siyasətdə güc dilindən istifadə etməyi öyrənməlidir.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-dakı Huver İnstitutunda çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell deyib.

“Son dörd ildə dünya çox dəyişib. Avropa güc dilindən istifadə etməyi öyrənməlidir. Əgər dəyərlərimizi müdafiə etmək istəyiriksə, dünyanı istədiyimiz kimi deyil, olduğu kimi qəbul etməliyik”, – Avropa diplomatiyasının rəhbəri bildirib.

“Əvvəllər Aİ Avropa siyasətində güc tətbiqini istisna etmək siyasətini davam etdirirdi, çünki ticarətə əsaslanan münasibətlərin xarici siyasətdə güc tətbiqini istisna edəcəyinə inanırdı”, – Borrell izah edib.