Xəbərlər

Borrell: Müdafiə Avropa siyasətinin ürəyi olmalıdır

“Ən ciddi mənada, hərbi potensialın mövcudluğu Avropa siyasətinin ürəyi, bəlkə də Avropa layihəsinin təməl daşlarından biri olmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Xosep Borrell Brüsseldə keçirilən konfransda çıxışı zamanı söyləyib.

“Soyuq müharibə zamanı Avropanı qoruyan ABŞ-ın müdafiə çətiri Ağ Evdə yeni prezidentin kim olmasından asılı olaraq tezliklə bağlana bilər. Buna görə də Aİ müdafiə üçün yalnız özünə güvənməlidir. NATO mühüm faktor olaraq qalır, lakin NATO daxilində Avropa komponenti olacaq”, – Borrell bildirib.

Onun sözlərinə görə, silah və sursat istehsalını artırmaq üçün biznesə inkişaf strategiyaları deyil, konkret hərbi sifarişlər lazımdır.