“Braziliya hökuməti öz istehsalçılarını qorumaq üçün müxtəlif tədbirləri, o cümlədən ABŞ administrasiyasının tətbiq etdiyi tariflərlə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət etməyi düşünür”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Amerika Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Braziliya hökuməti qanuni milli maraqları qorumaq üçün ÜTT-yə müraciət daxil olmaqla, ikitərəfli ticarətdə qarşılıqlılığı təmin etmək üçün bütün mümkün tədbirləri nəzərdən keçirir”, – bəyanatda bildirilib.



