“İcma tərəfdaşı kimi BRİCS-ə qoşulacaq ölkələrin tam siyahısı yaxın həftələrdə dərc olunacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Braziliya Xarici İşlər Nazirliyinin (XİN) Asiya-Sakit Okean regionu üzrə katibi Eduardo Paes Saboya məlumat yayıb.
“2025-ci ildə BRİCS-ə sədrliyimizin prioritetlərindən biri bu ölkələrin özlərini BRİCS ailəsinin üzvləri kimi hiss etməsi olacaq. BRİCS tərəfdaşları xarici işlər nazirlərinin görüşlərində iştirak edəcəklər. Tərəfdaş ölkələrin üzvlüklə bağlı elanı yaxın həftələrdə veriləcək”, – Saboya əlavə edib.