Xəbərlər

Braziliyada daşqınlar nəticəsində 12 nəfər ölüb

“Braziliyanın Rio-de-Janeyro şəhərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində bir həftə ərzində 12 nəfər ölüb”.

“Füyuzat”ın məlumatına görə, bunu Braziliyanın Rio-de-Janeyro şəhərinin bələdiyə sədri Marselo Krivella mətbuata verdiyi açıqlamasında bildirib.

Sədr açıqlamada bəzi şəhərlərdə 25 min insanın təxliyə edildiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

“Bir həftədir davam edən leysan nəticəsində 12 nəfər həyatını itirib. Ötən həftə fövqəladə vəziyyət elan edilib. Magistral yollar və onlarla ev su altında qalıb, ərazilərə təcili humanitar yardım çatdırılacaq”, – Krivella söyləyib.

Qeyd edək ki, Rio-de-Janeyro şəhərində son illərdə yağan güclü yağışlar nəticəsində yaranan sel və torpaq sürüşmələri nəticəsində onlarla insan həyatını itirib.