BRİCS üzvləri ilk dəfə olaraq ABŞ prezidenti Donald Tramp administrasiyasının tarif siyasəti fonunda icma ölkələrində kiçik və orta biznesin inkişafı üzrə 2025-2030-cu illər üçün birgə Fəaliyyət Planı barədə razılığa gəliblər.
“Füyuzat”ın məlumatına görə, bunu Braziliyanın sahibkarlıq, mikro müəssisələr və kiçik biznes naziri Marsio Fransa deyib.
“Ötən il Rusiyanın və indi Braziliyanın dövrlük rəhbərliyi ilə rəsmi olaraq irəli sürülən təşəbbüs konkret və institusional forma alır. Tərəfdaşlıq çərçivəsində bu qrupun yaradılması qlobal iqtisadiyyat sahəsində təcrübə mübadiləsini genişləndirməyə imkan verəcək strateji mərhələdir”, – Braziliya hökumət agentliyi nazirin sözlərindən sitat gətirib.