Xəbərlər

Britaniya: Rusiyaya qarşı sanksiyaların uzadılmasının tərəfdarıyıq

“Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni enerji sanksiyaları tətbiq etmək üçün Avropa İttifaqı (Aİ) ölkələri ilə əlaqə saxlayacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer Brüsseldə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitində iştirakından əvvəl yaydığı bəyənatda bildirib.

“Mən Rusiya iqtisadiyyatına, enerji gəlirlərinə və Rusiyanın raket fabriklərini təchiz edən şirkətlərə yönəlmiş sanksiyaların müddətinin daha da uzadılması məqsədilə avropalı tərəfdaşlarımızla işləmək üçün buradayam”, – Baş nazir qeyd edib.