Xəbərlər

Britaniya və Ukrayna uzaqmənzilli raketlərdən müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Böyük Britaniya və Ukrayna uzaqmənzilli raketlərdən müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş nazirinin ofisi tərəfindən dərc edilmiş Böyük Britaniya və Ukrayna arasında imzalanan yüzillik tərəfdaşlıq bəyannaməsində bildirilib.

“Biz uzaqmənzilli zərbə imkanları, inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiə, həmçinin inteqrasiya olunmuş silah arsenalları üzrə əməkdaşlığı dərinləşdirəcəyik”, – bəyannamədə bildirilib.

Tərəflər həmçinin praktik təcrübə, avadanlıq, döyüş sursatı, təlim mübadiləsi və bütün sahələrdə inkişaf prosesinin dəstəklənməsi sahəsində əməkdaşlıq barədə də razılığa gəliblər.

Verilən məlumata görə, sənəddə müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi və birgə müdafiə müəssisələrinin yaradılmasının təşviq edilməsi niyyəti qeyd olunub.