Diplomatik fəaliyyətini başa vuran Türkiyə səfiri Cahit Bağçı sosial şəbəkələrdə Azərbaycanla bağlı vida paylaşımı edib.
“Füyuzat”ın məlumatına görə, keçmiş səfir paylaşımda Azərbaycanın müxtəlif bölgələrinin gözəlliyini, mədəniyyət və incəsənət zənginliyini, Azərbaycan xalqının qonaqpərvərliyini vurğulayıb.