Xəbərlər

Çanaqqalada gəmilərin hərəkəti dayandırılıb

Qatı duman səbəbindən Çanaqqala boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dənizçilik İdarəsi məlumat yayıb.

“Duman səbəbindən görmə məhdudluğu yaranıb, Buna görə də Çanaqqala boğazında yük daşımaları müvəqqəti olaraq hər iki istiqamətdə dayandırılıb”, – məlumatda qeyd olunub.