Xəbərlər

Cənubi Afrikada sərnişin avtobusu dərəyə yuvarlanıb: 45 nəfər ölüb

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən aşıb, qəza nəticəsində 45 nəfər ölüb.

“Füyuzat”ın dünya mətbuatına istinadən məlumatına görə, səhər saatlarında Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu Limpopo sərhəd bölgəsində körpüdən aşıb.

Qəzada avtobusda olan sərnişinlərdən 45-i həyatını itirib, 8 yaşlı uşaq isə yaralı halda xilas edilib.

Cənubi Afrikanın nəqliyyat naziri Sindisive Çikunqa mətbuata verdiyi açıqlamada qəzanın səbəblərinin araşdırıldığını bildirib.