“Bəzi Avropa İttifaqı (Aİ) və NATO ölkələrinin liderlərinin Parisdə keçirilən görüşünün nəticələri göstərir ki, Avropa öz müdafiəsinə daha çox pul xərcləməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
“Bu görüşün nəticəsi belədir: Biz hamımız bu yeni vəziyyətdə Avropanın daha güclü olması, müdafiəmizə daha çox pul xərclənməsi, təhlükəsizliyimiz və müdafiəmizin daha da inkişaf etdirilməsi fikri ilə razıyıq. Milli və Avropa səviyyəsində büdcələri artırmağımız lazımdır”, – Baş nazir bildirib.