Xəbərlər

Ceyhun Bayramov: “Ermənistanla sülh sazişinin layihəsi üzrə həll olunmamış məsələlərin sayı azalıb”

“Ermənistanla sülh sazişinin layihəsi üzrə həll olunmamış məsələlərin sayı azalıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.

O bildirilib: “Bir neçə gün əvvəl Ermənistandan yeni sülh müqaviləsi aldıq. Deməliyəm ki, saziş layihəsi ilə bağlı açıq sualların sayı azalır. Bir sıra məsələlərdə müsbət inkişaf müşahidə olunur. Yəni, biz burada müsbət dinamika müşahidə edirik”.

Bayramov vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və növbəti zəruri addımları atmağa hazırdır.