Xəbərlər

ChatGPT valideyn nəzarəti tətbiq etdi

OpenAI ChatGPT üçün yeni valideyn nəzarəti funksiyasını tətbiq edib. Şirkət xüsusi olaraq 13-17 yaşlı yeniyetmələr üçün hesabların valideyn hesablarına bağlanacağını və bu hesablara müxtəlif məhdudiyyətlərin tətbiq ediləcəyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə NBC News məlumat yayıb.

Qrafik məzmun, uyğunsuz söhbətlər, təhlükəli viral tendensiyalar və “həddindən artıq gözəllik idealları” ilə bağlı cavablar gənc istifadəçilərin hesablarında məhdudlaşdırılacaq. Valideynlər həmçinin övladlarının müəyyən saatlarda ChatGPT-dən istifadə etməsinə mane ola, şəkil yaratmağı söndürə və söhbətlərin süni intellekt təlimi üçün istifadəsinə icazə verməkdən imtina edə biləcəklər.