Çin hökuməti yaxın gələcəkdə materik Çindən Tayvana turist səfərlərini bərpa etmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, qərar çin vətəndaşlarının maraqları və müvafiq turist səfərlərinə tələbat nəzərə alınmaqla qəbul edilib.
Verilən məlumata görə, Tayvana səyahətin bərpası hələlik yalnız Şanxay və şərqdəki Fujian əyalətinin sakinlərinə aiddir.