“Vaşinqtonun Tayvan administrasiyasına 385 milyon dollar dəyərində silah satmaq qərarı ilə əlaqədar Çin ABŞ-a nümayəndə heyəti göndərib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Birləşmiş Ştatların Çinin Tayvan bölgəsinə silah satması “vahid Çin” prinsipini və Çin-Amerika Birgə Kommunikesini, Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozur. Tayvanı dəstəkləyən qüvvələrə yanlış siqnallar göndərir və Çini sarsıdır”, – məlumatda bildirilib.