Xəbərlər

Çin: ABŞ danışıqlar aparmaq istəyirsə, rüsumları ləğv etməlidir

“Vaşinqton, həqiqiətən, Çinlə danışıqlar aparmaq istəyirsə, tarifləri ləğv etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Ticarət Nazirliyi məlumat yayıb.

“Tarif və ticarət müharibəsi ABŞ tərəfindən birtərəfli qaydada başladılıb. Əgər Birləşmiş Ştatlar danışıqlar aparmaq istəyirsə, o, öz səmimiyyətini nümayiş etdirməli, səhv hərəkətlərini düzəltməli və birtərəfli tarifləri ləğv etmək üçün addımlar atmağa hazır olmalıdır”, — məlumatda bildirilib.