Xəbərlər

Çin ABŞ-ın Kuba qərarını pisləyib

“Çin ABŞ-ın yeni administrasiyasının Kubanı yenidən terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil etmək qərarını pisləyir və Vaşinqtonu ada dövlətinin iqtisadi blokadasını dərhal dayandırmağa çağırır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun deyib.

“Çin hər zaman ABŞ-ın azadlığı, demokratiyanı və terrorla mübarizəni qorumaq adı altında Kubanın daxili işlərinə qarışmasına qarşı çıxıb. Çin ABŞ-ı Kubanın hərtərəfli blokadasını tez bir zamanda ləğv etməyə və ada dövlətini terrora dəstək verən ölkələr siyahısından çıxarmağa çağırır”, – Çin rəsmisi bildirib.