“Çin Vaşinqtonun Filippində “Typhon” mobil buraxılış qurğuları yerləşdirməsinin qəti əleyhinədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin Moskvadakı səfiri Çjan Hanhui “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Çin ardıcıl və qətiyyətlə ABŞ-ın Asiya-Sakit okean regionunda ortamənzilli raketlər yerləşdirməsinə və birtərəfli hərbi üstünlük əldə etmək üçün Çin sərhədləri yaxınlığında hərbi mövcudluğunun gücləndirilməsinə qarşı çıxır. Ortamənzilli raket sistemləri strateji və hücum xarakterli silahlardır və onların yerləşdirilməsi açıq şəkildə soyuq müharibənin bərpasından xəbər verir. ABŞ-ın bu cür sistemlərinin Asiya-Sakit okean regionunda yerləşdirilməsi regional təhlükəsizliyə təhdidləri əhəmiyyətli dərəcədə artıracaq və regionda ciddi münaqişə riskləri yaradacaq. Bu komplekslərdə istifadə olunan raketlər nüvə başlıqları daşıya bilir və bu, yerli nüvə müharibəsi riskini artıra bilər”, – səfir bildirib.