Xəbərlər

Çin ABŞ məhsullarına əlavə rüsumlar tətbiq edəcək

“Çin ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq martın 10-dan etibarən Amerikanın kənd təsərrüfatı məhsullarına 10-15% əlavə rüsum tətbiq edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, ABŞ-dan toyuq, buğda, qarğıdalı və pambığa 15%, sorqo, soya, donuz əti, mal əti, su məhsulları, meyvə, tərəvəz və süd məhsullarına 10% əlavə rüsum tətbiq ediləcək.

Qeyd edək ki, Çin ölkənin təhlükəsizliyini və maraqlarını qorumaq üçün 15 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə edib.