“Çin bərabərhüquqlu və çoxqütblü dünyanın inkişafını təşviq etmək üçün həmfikir ölkələrlə işləyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin hökumətinin 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının açılışında yayılan hesabatda bildirilib.
“Çin ədalətli və nizamlı çoxqütblü dünyanı, eləcə də əlçatan və əhatəli iqtisadi qloballaşmanı təşviq etmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırdır”, – hesabatda qeyd olunub.