Xəbərlər

Çin: BRİCS-in əməkdaşlıq platforması kimi əhəmiyyəti artıb

“BRİCS təşkilatı qlobal cənub ölkələri arasında birliyi və əməkdaşlığı təşviq etmək üçün bir platforma kimi əhəmiyyətini artırdı”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq bildirib.

“BRİCS öz əhatə dairəsini, cəlbediciliyini və təsirini daha da genişləndirir və getdikcə qlobal cənub ölkələri üçün birlik və əməkdaşlığı təşviq etmək üçün vacib platformaya çevrilir. Belarus, Boliviya, İndoneziya, Qazaxıstan, Malayziya, Tailand, Uqanda və Özbəkistanın tərəfdaş ölkələr olması ilə bağlı konsensus BRİCS ölkələri arasında əməkdaşlığın yeni səviyyəsini göstərir. Çin tərəfdaş ölkələr və BRİCS üzvü olan ölkələrlə əməkdaşlığı genişləndirməyə hazırdır”, – nümayəndə əlavə edib.