“ABŞ-ın müdafiə naziri Pit Heqsetin ABŞ-ın Çinlə müharibəyə hazır olması ilə bağlı bəyanatı qarşıdurmaya səbəb olur”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Li Cian bildirib.
“ABŞ rəsmilərinin müvafiq bəyanatları qəsdən ideoloji qarşıdurmaya səbəb olur və Çin təhlükəsi ilə bağlı ajiotaj yaradır. Mənim fikrimcə, ABŞ Çinlə müharibəyə can atmır, lakin onlar müharibə vəziyyətinə də hazırlıqlı olacaqlar. Çinin mövqeyi aydındır, soyuq bir ticarət müharibəsi olacaq”, – Li Cian qeyd edib.