“Rəsmi Pekin ABŞ-ın Çin mallarına rüsumları artırmasına cavab olaraq öz hüquq və maraqlarını qorumaq üçün əks tədbirlər görəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında deyilir.
“Çin kəskin narazılığını və qəti etirazını bildirir və öz hüquq və maraqlarını qəti şəkildə qorumaq üçün cavab tədbirləri görəcək”, – departament vurğulayıb.
Nazirlik xatırladıb ki, ABŞ-ın birtərəfli tarifləri Dünya Ticarət Təşkilatının qaydalarını pozur və çoxtərəfli ticarət sisteminə xələl gətirir.