Xəbərlər

Çin: Panama kanalının idarə olunmasına müdaxilə etmirik

“Pekin Panamanın suveren işlərinə qarışmır və onun Panama kanalına nəzarətinə təsir göstərmir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun deyib.

“Çin hər zaman Panamanın kanal üzərindəki suverenliyinə hörmət edib və onun statusunu daimi neytral beynəlxalq su yolu kimi tanıyıb. Biz Panama hökumətinin idarəetmə və əməliyyat hüquqlarına hörmət edirik və heç vaxt kanalla bağlı işlərə qarışmamışıq”, – sözçü qeyd edib.