Xəbərlər

Çin: Pekin ABŞ-la istənilən müharibəyə hazırdır

“Vaşinqton Pekinlə münaqişə istəsə, Çin ABŞ-a qarşı ticarət, tariflər və ya hər hansı digər müharibədə sona qədər mübarizə aparmağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çinin ABŞ-dakı səfirliyi məlumat yayıb.

“Əgər ABŞ həqiqətən də fentanil məsələsini həll etmək istəyirsə, onda düzgün qərar Çinlə bərabər şərtlərlə dialoq aparmaq olardı. Əgər ABŞ-ın istədiyi müharibədirsə, istər tarif, istər ticarət, istərsə də hər hansı digər müharibə, o zaman biz sona qədər mübarizə aparmağa hazırıq”, – məlumatda bildirilib.