“Çin və Rusiya bir-biri ilə üçüncü tərəflərə qarşı yönəlməyən və qarşıdurmanı istisna edən münasibətləri inkişaf etdirir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.
“Çin və Rusiya qarşıdurmaya girməmək və ikitərəfli münasibətləri üçüncü tərəflərə yönəltməmək kimi prinsiplərə əsaslanan birgəyaşayış yolunda irəliləyirlər. Beynəlxalq arenada baş verən dəyişikliklərdən asılı olmayaraq, dəyərli tarixi təcrübəyə əsaslanaraq, Çin-Rusiya dostluğunun tarixi məntiqi dəyişməz olaraq qalır. İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır”, – nazir qeyd edib.