Xəbərlər

Çin: Sabitlik naminə Rusiya ilə strateji əlaqələri gücləndirməyə hazırıq

“Çin Xalq Azadlıq Ordusu (AXO) qlobal sabitliyi qorumaq üçün Rusiya Silahlı Qüvvələri ilə strateji əməkdaşlığı gücləndirməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tszyan Bin bildirib.

“Çin ordusu qlobal strateji sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsində mühüm rol oynamaq üçün strateji qarşılıqlı etimadı daha da dərinləşdirmək, strateji əlaqələri gücləndirmək, praktiki əməkdaşlığı genişləndirmək üçün iki ölkə liderlərinin strateji rəhbərliyi altında Rusiya Federasiyası ilə əməkdaşlığa hazırdır”, – məlumatda bildirilib.