Xəbərlər

Çin: Tayvan administrasiyası adada müharibəyə sövq edir

“Yeni Tayvan administrasiyasının bəyanatları və hərəkətləri adanı hərbi münaqişəyə doğru sövq edir”.

“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan söyləyib.

“Tayvan regionunun liderləri hakimiyyətə gələndə “vahid Çin” prinsipinə ciddi etiraz etdilər, iki dövlət nəzəriyyəsini açıq şəkildə təbliğ etdilər və xarici ölkələrə arxalanaraq müstəqilliyə nail olmaq üçün səylər göstərdilər”, – o bildirib.

“Xalq Azadlıq Ordusu Tayvanın müstəqilliyi tərəfdarlarının hərəkətlərinə cavab olaraq lazımi əks tədbirləri görməyə davam edəcək”, – Tsyan qeyd edib.