“Tayvan administrasiyası Vaşinqtonun yarımkeçirici zavodlarını adadan köçürmək siyasəti fonunda ictimai maraqlara zidd hərəkət edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Tayvan məsələləri üzrə İdarəsinin rəsmi nümayəndəsi bildirib.
“ABŞ-ın birtərəfli tədbirləri və ticarət proteksionizmi bir daha sübut edir ki, Amerika tərəfi həmişə öz maraqlarını birinci yerə qoyur”, – nümayəndə qeyd edib.