Xəbərlər

Çin Tayvana qarşı müharibəyə hazırlaşır? – 300 minlik ordu hazırlanır

“Çin Tayvanı işğal etmək üçün son hazırlıqlarını tamamlayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyada yerləşən “The Daily Telegraph” qəzeti xəbər yayıb.

Xəbərə görə, Çin ordusu adaya 300 min əsgər və zirehli texnika daşımaq məqsədilə xüsusi donanma da qurmağa başlayıb. Bu donanmada amfibiya desant gəmiləri üstünlük təşkil edir.

Eyni zamanda, Çin mediası 2022-ci ildə bildirmişdi ki, Çinin mülki gəmiləri hazırkı hərbi amfibiya hücum gəmisinin daşıya biləcəyi hərbi materialların tonajını artırmaq üçün faydalı ola bilər.

Bu yolla Çinin təxminən 300.000 əsgər daşıya biləcəyi təxmin edilirdi.