Xəbərlər

Çin Tayvanı “mühasirəyə alıb”

Tayvanın yeni lideri Li Çinq-te vəzifəsinin icrasına başlayandan üç gün sonra Çin adanı mühasirəyə almaq üçün hərtərəfli hərbi təlimə başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığından açıqlama verilib.

“Təlimlərə Tayvan ətrafındakı ərazilərdə patrullar və qoşunların faktiki döyüş qabiliyyətini yoxlamaq üçün adanın daxilində və xaricində inteqrasiya olunmuş əməliyyatlar daxildir”, – Tayvan lideri bildirib.

Çin ordusu təlimlərin Tayvanı mühasirəyə almaq üçün həyata keçirildiyini göstərən bir fotoşəkil yayımlayıb. Həmçinin, təlimlərə ilk dəfə Çin sahillərinə yaxın adalar da daxil edilib.

Çinin hərbi təlimlərinə Tayvan tərəfi dərhal reaksiya verib. Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada adanın suverenliyini müdafiə etmək üçün dəniz, hava və quru qüvvələrinin bölgəyə göndərildiyi bildirilib. Bəyanatda deyilir:

“Son illərdə Çin təyyarələri və gəmiləri tərəfindən davamlı təcavüz qlobal sülh və sabitliyə ciddi ziyan vurub. Bu hərbi təlim təkcə Tayvan boğazında sülh və sabitliyə zərər verməklə kifayətlənmir, həm də Çin ordusunun təcavüzkar militarist zehniyyətini ortaya qoyur”.