Xəbərlər

Çin: “TikTok” ilə bağlı məsələlərdə öz qanunlarımıza əməl edəcəyik

“Çin “TikTok” ilə bağlı məsələlərdə öz qanun və qaydalarına əməl edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqyu TASS-a bildirib.

Ondan ABŞ prezidenti Donald Trampa yaxın bir qrup milyarderin Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almağa hazır olması ilə bağlı şərh verməsi istənilib. Diplomat cavabında deyib: “Vəziyyətdən xəbərsizəm. Amma ümumilikdə “TikTok” ilə bağlı məsələdə Çin tərəfi öz mövqelərini bir neçə dəfə bəyan edib və məsələ Çin qanunları və qaydaları çərçivəsində həll edəcək”.

“TikTok” uzun illərdir ki, ABŞ-da fəaliyyət göstərir və amerikalı istifadəçilər arasında çox populyardır. O, həm də Amerikanın işlərinə və istehlakına töhfə verib”, – Liu Penqyu vurğulayıb.

“Biz həmişə ümid etmişik ki, ABŞ tərəfi rasionallığın səsini dinləyəcək və bütün millətlərdən olan bazar subyektləri üçün açıq, ədalətli, qərəzsiz və ayrı-seçkilikdən uzaq biznes mühiti təklif edəcək”, – diplomat bildirib.

Qeyd edək ki, bir gün əvvəl Tramp “Fox News”a verdiyi müsahibədə ABŞ-ın “TikTok”u almaq istədiyini demişdi.